25 baxış
Bu yazını paylaşın
Dünya

Ərdoğan seçki öncəsi verdiyi bütün vəddlərin icra ediləcəyini vurğulayıb

06 İyun 2023

Türkiyə ölkədə yaşayan suriyalı miqrantların vətənlərinə könüllü və təhlükəsiz şəkildə dönmələrini təmin etməkdə qərarlıdır.

”Telejurnal.az” İstanbul müxbirine istinaden xeber verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibdə keçirilən iclasından sona vətəndaşlara müraciətində bildirib.

O qeyd edib ki, ölkəsi terrorla mübarizəni davam etdirəcək.

Bundan əlavə, Ərdoğan seçki öncəsi verdiyi bütün vəddlərin də icra ediləcəyini vurğulayıb:

“Millətimizə verdiyimiz sözləri yerinə yetirməyə çalışdıq. Bizim əsas gücümüz millətimizdə inam yaratmaqdır. Yeni dönəmimizdə xalqımıza verdiyimiz bütün vədlərə əməl edəcəyik. Yeni Konstitusiya layihəsini parlamentə təqdim edəcəyik. “Türk Əsri”ni sabitlik və inamla quracağıq. Zəlzələ bölgəsindəki şəhərlərimizi əvvəlkindən daha canlı hala gətirəcəyik. İnvestisiya, ixracat, məşğulluq və böyüməkdə qərarlı olacağıq. İnflyasiya problemini və yüksək qiymətləri ölkəmizin gündəmindən çıxarmaqda da qərarlıyıq. Əvvəllər inflyasiyanı təkrəqəmli etdiyimiz kimi eynisini bacaracağıq.”

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…