19 baxış
Bu yazını paylaşın
Siyasi

Ərdoğan: “Müharibənin başa çatması Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirəcək”

10 İyul 2023

“Rusiya ilə Ukrayna arasında müharibənin ən qısa vaxtda başa çatması Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirəcək”.

Telejurnal  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iclasda Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparılacaq.

Dövlət başçısı bildirib ki, sammitdə Türkiyəyə sanksiyaya tətbiq edən müttəfiqlərin hərəkətinin yanlış olduğu onların diqqətinə çatdırılacaq: “Başqa bir mövzu NATO-nun genişlənməsidir. Biz Alyansın genişlənməsinin əleyhinə deyilik. İsveçlə təmaslar davam edir”.

R.T.Ərdoğan xatırladıb ki, İsveçin NATO-ya üzvlüyü bu ölkənin öhdəliklərini yerinə yetirməsindən asılıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…