76 baxış
Bu yazını paylaşın
Siyasi

Ərdoğan Karakuş: Can Azərbaycanı sevmək azdır, onun varlığını ürəklərdə yaşatmaq borcumuzdur

31 May 2022

Azərbaycanın müstəqilliyindən və çoxşaxəli inkişafından çox məmnunuq. Şükürlər olsun ki, bu gözəl günləri yaşamaq bizlərə nəsib oldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünün Ankarada təntənə ilə qeyd olunması hər bir türk üçün sevinc qaynağıdır. Can Azərbaycanı sevmək azdır, onun varlığını ürəklərdə yaşatmaq könlümüzün borcudur.

TELEJURNAL xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Təqaüddə olan Zabitlər Dərnəyinin (Türkiye Emekli Subaylar Derneği-TESUD) sədri Ərdoğan Karakuş ifadə edib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan ehtiyatda olan zabit Ərdoğan Karakuş deyib: “Tarixlərə nur saçan Azərbaycan-Türkiyə qardaşlığı gələcək nəsillərə örnəkdir. Birliyimiz və həmrəyliyimiz Türk Dövlətləri Təşkilatı kimi əzəmətli bir qurumun yaranmasını təmin edib. Budur mübarizəmizin mənası: Bir olaq, diri olaq, bütün türk dövlətləri ilə birlikdə olaq!”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı parlaq Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa prosesini Qarabağa böyük qayıdışın təntənəsi kimi dəyərləndirən Ərdoğan Karakuş “Bu Zəfər birliyimizin təntənəsidir. Azərbaycan böyük siyasi iradə ilə vandalların dağıdıb məhv etdiyi hər şeyi yenidən dirçəldir. Parlaq hərb Zəfəri ilə otuz illik işğala son qoyub öz yurduna sahib olan Azərbaycan qurub yaratmaqla da nələrə qadir olduğunu bütün dünyaya nümayiş etdirməkdədir”, – deyə fikirlərini davam etdirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…