21 baxış
Bu yazını paylaşın
Dünya

Ərdoğan: “İstanbuldakı iclasda BMT-nin planı çərçivəsində taxılla bağlı əsas xətləri üzrə razılıq əldə olunub”.

20 İyul 2022

“Hazırda bizim rolumuz ev sahibiyik. Ev sahibi kimi vasitəçiliyimiz var. Biz uzun müddətdir ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üzərində işləyirik. Mən bu məsələni bir neçə dəfə cənab Putin və cənab Zelenski ilə müzakirə etmişəm. Xarici İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyi həmsöhbətləri ilə görüşlər keçiriblər. Nəticədə ötən həftə İstanbulda keçirilən texniki iclasda BMT-nin planı çərçivəsində prosesin əsas xətləri ilə bağlı razılıq əldə olunub”.

TELEJURNAL. az Report-a istinadla  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.

“İndi bu həftə biz bu memorandumu yazılı mətndə görmək istəyirik. Ümid edirik ki, yaxın günlərdə plan həyata keçirilməyə başlayacaq. Proses İstanbulda yaradılacaq koordinasiya mərkəzindən gerçəkləşdiriləcək. Burada ölkəmizdən əlavə, Rusiya, Ukrayna və BMT rəsmiləri iştirak edəcək. Bütün əlaqədar tərəflərin etimadını qazanan ölkəmiz qurumlararası yanaşma ilə prosesin sağlam şəkildə icrası üçün lazımi koordinasiyanı həyata keçirəcək. Qlobal ərzaq təhlükəsizliyi baxımından kritik əhəmiyyət kəsb edən bu həssas prosesə son qoymaq üçün gərgin səylərimizi davam etdiririk”, – dövlət başçısı qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…