17 baxış
Bu yazını paylaşın
Siyasi

Ərdoğan: “Can Azərbaycan” sözünü boş-boşuna demirik, oradakılar canımızdır”

27 May 2023

“Can Azərbaycan” sözünü boş-boşuna demirik, oradakılar bizim canımızdır”

Telejurnal” ın Türkiyəyə ezam olunan əməkdaşının xəbərinə görə, bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın mayın 27-də İstanbul Beykozda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.

“CHP sədri indi də milliyyətçilik oyunu oynayır. Milliyyətçilik Azərbaycanla çiyin-çiyinə verib Qarabağı 30 illik işğaldan azad etməkdir. CHP Azərbaycanla bağlı fikirlərini elə qardaş ölkədə səfir olmuş birinin sözləri ilə nümayiş etdirib. İndi həmin adamın Azərbaycana girişi qadağandır. Bu cür xaini ölkələrinə buraxarlar? Əlbəttə ki, yox. Bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Türkiyənin şərəfinə xələl gəlməsinə əsla icazə vermərik”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…