22 baxış
Bu yazını paylaşın
Siyasi

Ərdoğan: “28 may gecəsində Afrikadan Asiyaya – küçələrdəki sevinc coşqusunu unutmayacağıq”

03 İyun 2023

“Seçkilərin nəticəsinin elan olunduğu 28 may gecəsi Afrikadan Asiyaya – küçələrdə yaşanan sevinc coşqusunu unutmayacağıq”.

Telejurnal” ın Ankaraya ezam olunan əməkdaşının xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində çıxışında bildirib.

“Türkiyə siyasi tarixinin ən kritik seçkilərini geridə qoydu. 28 may tarixində millətimiz birinci turda yarımçıq qalan işini bitirmişdir. Millətimizin bizə və partiyamıza olan güvənini doğruldacağıq. Bir olaq, sevək, sevilək”, – dövlət başçısı vurğulayıb.

Eyni zamanda Türkiyə lideri səsverməyə qatılan bütün vətəndaşlara təşəkkürünü bildirib:

“Səs verməyə qatılan millətimin hər bir fərdinə təşəkkürümü çatdırıram. Xaricdən növbədə duraraq səs verən hər bir vətəndaşımıza, Türkiyədə zəlzələ bölgəsində səs verən, səslərinə sahib çıxan hər bir fərdimizə təşəkkür edirəm”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…