24 baxış
Bu yazını paylaşın
Siyasi

Ər-Riyadda Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin perspektivləri müzakirə olunub

08 Fevral 2022

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xurayci Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevlə görüşüb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin son vaxtlar iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını diqqətə çatdırıblar. Qeyd olunub ki, ötən il dekabrın 15-də Ər-Riyadda Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının keçirilməsi, həmçinin yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi əlaqələrin daha da möhkəmləndiyini göstərir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…