22 baxış
Bu yazını paylaşın
İdman

EOC prezidenti: “Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi”

08 İyun 2023

“Azərbaycan Avropa Oyunlarının necə keçirilməli olduğunu göstərdi”.

Telejurnal” ın məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında deyib.

Funksioner bildirib ki, bu yarışın tarixi məhz Bakıda başlayıb: “Məhz burada Avropa Oyunlarının atəşi alovlandı. Biz hər zaman azərbaycanlı qardaşlarımızın dəstəyini hiss edirik”.

EOC rəhbəri sözlərinə görə, Azərbaycan gələcəkdə də bu yarışın təşkilinə namizədliyini verə bilər: “Ölkədə bunun üçün çox güclü infrastruktur var. Bakıda keçirilən ilk Avropa Oyunlarını xatırlayıram, hər şey – arena, azarkeşlər əla idi. Azərbaycan dünya səviyyəli turnirlər təşkil etməklə hələ də ən yüksək zirvədədir. Ötən həftə burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ziyarət etdiyi taekvondo üzrə dünya çempionatı başa çatıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan istənilən yarışın öhdəsindən gələ bilər”.

O, IV Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin hələ müəyyənləşmədiyini söyləyib: “Bu məsələ gündəmdə qalmaqda davam edir. Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki, sonrakı ev sahibləri ən azı Bakıdakı standartlara cavab verməyə çalışırlar”.

Kapralos deyib ki, III Avropa Oyunlarının proqramında dəyişiklik edilsə də, strategiya dəyişməz olaraq qalır: “3×3 basketbol və karatenin Bakının proqramına necə daxil edildiyini xatırlayıram. Hər iki növ sonradan Olimpiadanın bir hissəsi oldu. Buna görə də Avropa Oyunları bir çox növlərin özünü yeni səviyyədə ifadə etməsi üçün bir şansdır. Krakovda bir sıra idman növləri üzrə lisenziyalar, digərlərində reytinq xalları oynanılacaq ki, bu da Paris Olimpiadası ərəfəsində iştirakçılar üçün yaxşı kömək olacaq”.

Avropa Olimpiya Komitələrinin prezidenti Azərbaycanın III Avropa Oyunlarında güclü komanda ilə təmsil olunacağını vurğulayıb: “Bilirəm ki, idmançılarını yüksək yerlər uğrunda mübarizə aparacaqlar”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…