20 baxış
Bu yazını paylaşın
Dünya

Entoni Fauçi Co Baydenin prezidentlik müddəti başa çatanda federal xidmətdən getməyi planlaşdırır.

19 İyul 2022

Doktor Entoni Fauçi bildirib ki, Prezident Co Baydenin səlahiyyət müddətə başa çatanda o da federal xidməti tərk etməyi planlaşdırır.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, Baydenin səhiyyə üzrə baş müşaviri, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru doktor Fauçi bunu CNN telekanalına müsahibəsində bildirib, lakin onu da əlavə edib ki, hələlik pensiyaya getmək prosesinə başlamayıb.

O deyib ki, Baydenin səlahiyyət müddəti 2025-ci ilin yanvarında başa çatır və çox güman ki, həmin vaxt istefaya gedəcək. Fauçi federal hökumətdə işdən gedəndən sonra səhiyyə sahəsində başqa imkanlardan istifadə etmək istəyir.

81 yaşlı Fauçi oğul Buşun, Obamanın, Trampın və Baydenin administrasiyalarına ictimai səhiyyə sahəsində bir neçə böhranın, o cümlədən IHV/AİDS epidemiyasının, Ebola və Zika viruslarının yayılmasının aradan qaldırılmasında kömək edib, daha sonra koronavirus pandemiyasına qarşı mübarizədə əsas fiqura çevrilib. O, koronavirusa qarşı ümumi vaksinasiyanın məşhur tərəfdarlarından biridir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…