72 baxış
Bu yazını paylaşın
Müsahibə

Ən başda sevgi göstərməklə bərabər onlara xüsusi qayğıyla yanaşsaz uzun sürən bir dost qazanmış olacaqsınız-Aysun Şirinzadə

05 İyul 2023
  Əksər insanların heyvanlara xüsusi sevgisi olur. Amma kənardan sevmək başqa, evdə saxlamaq başqa. Məsələ məhz evdə saxlamaqla bağlı olanda iki dəfə düşünmək lazımdır. Çünki nə qədər sevgi ilə yanaşma olsa da, ev heyvanı qulluq və qayğı tələb edir.
   Mövzu ilə bağlı heyvansevər  Aysun Şirinzadədən açıqlama aldıq.
Heyvansevər xanım qeyd edir ki, artıq 1 ildi ki British cinsində  “Zuzu” adlı pişiyi var.
  Aysun bildirir ki, heyvanları peyvənd etmədən qətiyyən çölə buraxmaq, gəzdirmək olmaz.  Əgər pişik və ya it peyvənd olunmayıbsa, çöldə gəzdirmək olmaz. Sırf iki peyvənd olunandan sonra (yaş həddindən asılı olaraq) çöldə gəzdirmək olar. Ən əsas səhvlər orada olur. Heyvan ona görə xəstələnir ki, peyvəndi vaxtında vurulmayıb. Gəzəndə xəstəliklərə yoluxurlar. Xəstəliklər isə müxtəlifdir.
   Peyvəndin qrafiki heyvanın yaşından, sağlamlıq durumundan asılıdır.  Artıq ilk müayinədə baytar ümumi peyvənd və qurd dərmanı üçün qrafiki, eləcə də bit və birələrə qarşı mübarizə tədbirlərinin nə zaman aparılacağını müəyyən edir.
 Aysun xanım bildirir ki, o sevimli ev heyvanı baytara peyvənd olunması üçün aparır. Bir peyvənd vurulduqdan 21 gün sonra ikinci peyvənd vurulur. Bu günlər ərzində heyvan çölə çıxmamalıdır. Niyə məhz 21 gün? Çünki məhz bu müddətdə peyvənd bədəndə immun cavab yaradır. İkinci peyvənddən sonra 90-95% immunitet yaranır. Peyvənd yüz faizlik müdafiə yaratmır. Bunu peyvənd istehsalçıları da deyir, təcrübə də göstərir. Peyvəndin effektivliyi heyvanın immun statusundan asılıdır. Heyvan nə qədər güclüdürsə, peyvənd də o qədər yaxşı işləyəcək.

Son olaraq müsahibimiz qeyd edir ki,   əgər bir heyvan sahiplənmək istəyirsizsə çox məsuliyyətli yanaşmalısız. Çünki onlar da bizim kimi bir canlıdır. Ən başda sevgi göstərməklə bərabər onlara xüsusi qayğıyla yanaşsaz uzun sürən bir dost qazanmış olacaqsınız.

Aytac Hacıyeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…