61 baxış
Bu yazını paylaşın
Dünya

Emoməli Rəhmon 5-ci dəfə hakimiyyətə gəldi

15 Oktyabr 2020

Oktyabrın 11-də Tacikistanda keçirilən prezident seçkilərində Emoməli Rəhmon qalib gəlib.

“telejurnal” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Baxtier Xudoerzoda məlumat verib.

“İlkin nəticələrə görə, prezident seçkilərində seçicilərin 90,92%-i və ya 3,837 milyon nəfər iştirak edib. 85,39 % və ya 4,221 milyon seçici səsi nəticəsində hazırkı dövlət başçısı Emoməli Rəhmon qalib gəldi”, – deyə o bildirib.

Qeyd edək ki, prezidentlik uğrunda müxtəlif siyasi qüvvələrin beş lideri mübarizə aparıb: hazırkı prezident Emoməli Rəhmon (hakim Xalq Demokratik Partiyası), həmçinin parlamentarilər Miroc Abdulloyev (Kommunist Partiyası), Rustam Latifzoda (Aqrar Partiya), Rustam Rahmatzoda (İqtisadi İslahat Partiyası) və Abduhalim Qafforzoda (Sosialist partiyası).

1992-ci ildən bəri ölkəyə rəhbərlik edən Rəhmon üçün (postsovet məkanında ən uzun) bu, beşinci seçkidir. Seçkilərin gedişatını MDB, ŞƏT, KTMT, ATƏT, Dövlət Duması və Federasiya Şurasından müşahidəçilər izləyiblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…