18 baxış
Bu yazını paylaşın
Siyasi

Emmanuel Makron: Fransa və Azərbaycan iqtisadi, təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub

27 May 2023

Ötən otuz il ərzində və diplomatik münasibətlərimizin qurulmasından bəri Fransa və Azərbaycan iqtisadi, universitet və təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub.

”Telejurnal.az” xəbər verir ki, bu barədə Fransa Respublikasının Prezidenti Emmanuel Makronun 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda bildirilib.

“Avropa və xarici işlər naziri Katrin Kollonanın aprelin 26-27-də Bakıya səfəri ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün ümumi istəyimizi görməyə imkan verdi və bu, məni məmnun edir. Bu, həmçinin Fransanın Azərbaycan ilə Ermənistan arasında ədalətli və davamlı, bütün regionun sabitliyi və rifahı üçün zəruri olan sülh naminə öhdəliyini xatırlamağa imkan verdi”, – deyə E.Makron qeyd edib.

İyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində Prezident İlham Əliyevlə yenidən görüşəcəyindən məmnunluğunu bildirən Fransa Prezidenti vurğulayıb: “Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit də bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…