27 baxış
Bu yazını paylaşın
İctimai

Emin Hüseynov: “Mina təmizlənməsi işğaldan azad edilmiş ərazilərin bərpasında mühüm rol oynayır”

07 İyun 2023

“Mina təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır”.

Telejurnal xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası üzrə layihələr həyata keçirilib, daha sonra isə iri şəhərlərin bərpası nəzərdə tutulub.

“Ağdam ərazisi 30 faizə yaxın, Füzuli 27 faiz, Xocalı 15,8 faiz, Xocavənd 5,3 faiz minalardan təmizlənib”, – Emin Hüseynov bildirib.

O, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından sonra dəmir yolu xətlərinin çəkildiyini, beynəlxalq hava limanının tikildiyini qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…