İctimai
Emin Əmrullayev bəzi məktəblərdə tibbi kabinetlərin olmamasının səbəblərini açıqlayıb
Elm və təhsil naziri Emin Əmrullayev bəzi ümumtəhsil müəssisələrində tibbi kabinetlərin olmaması ilə bağlı məlumatlara münasibət bildirib.
Telejurnal xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə məlumat verib.
Hər məktəbdə tibbi kabinetin olmadığını söyləyən nazir bildirib ki, təzə inşa edilən təhsil müəssisələrində bu kimi problem mövcud deyil.
E.Əmrullayev bununla yanaşı qəzalı məktəblərdə mövcud problemlərin fərqli olduğunu xatırladıb. O həmçinin məktəblərdə tibbi kabinetlərin təşkilinin Elm və Təhsil Nazirliyinin səlahiyyətində olmadığını vurğulayıb.
Nazir bu məsələdə işlərin Səhiyyə Nazirliyi və TƏBİB-lə əməkdaşlıq çərçivəsində görüldüyünü qeyd edib.
Sizin reklamınız burada ola bilər.
Oxşar paylaşımlar
Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…
Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…
Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…
Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…