234 baxış
Bu yazını paylaşın
İctimai

Emin Əmrullayev 13 yaşlı məktəbli qızın körpə dünyaya gətirməsinə münasibət bildirib

07 Sentyabr 2022

Elm və təhsil naziri Emin Əmrullayev Bakıda 13 yaşlı məktəbli qızın körpə dünyaya gətirməsi və bu dövrdə məktəbdən yayınması məsələsinə münasibət bildirib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırılma aparıldığını xatırladıb.

O qeyd edib ki, bu, nazirliyin səlahiyyətinə aid olan məsələ deyil: “Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olsa, ölçü götürəcəyik”.

Qeyd edək ki, ötən gün saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub. Hazırda ana və körpənin vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…