47 baxış
Bu yazını paylaşın
İdman

Emerson Palmyeri tarixə düşdü

08 İyun 2023

İtaliya millisinin futbolçusu Emerson Palmyeri tarixə düşüb.

Telejurnal Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi bütün UEFA turnirlərində qalib olan yeganə oyunçudur.

Palmyeri son olaraq ötən gün İngiltərənin “Vest Hem” klubunun heyətində UEFA Konfrans Liqasını qazanıb. London təmsilçisi finalda İtaliya “Fiorentina”sını 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Emerson Palmyeri 2019-cu ildə İngiltərə təmsilçisi “Çelsi” ilə Bakıda UEFA Avropa Liqasının, iki il sonra Çempionlar Liqasının və UEFA Super Kubokunun, həmin il İtaliya yığması ilə qitə çempionatının qalibi olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…