22 baxış
Bu yazını paylaşın
İctimai

Əməkdar jurnalist: “Orduya, dövlətə böhtan atan şəxs xalqa böhtan atır”.

28 İyul 2022

“Məlumdur ki, sosial şəbəkələr heç bir nəzarət mexanizmi olmadan fəaliyyət göstərir. Amma istər sosial şəbəkələrdə, istərsə də elektron mediada yalan və saxta məlumatlar, dezinformasiyaların yayılması yolverilməzdir”.

TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, bunu Mətbuat Şurasında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.

O bildirib ki, Azərbaycan Ordusunun mənafeyinə xələl gətirən saxta və həqiqəti əks etdirməyən məlumatların yayılması yolverilməzdir: “Əgər kimsə bilərəkdən bu cür addımlar atırsa, yalan və saxta məlumatlar yayırsa, eyni zamanda orduya xələl gətirən, böhtan atan məlumatlar yayırsa, bununla bağlı qərar verilməlidir. Düşünürəm ki, bununla bağlı birmənalı olaraq hüquqi çərçivədə tədbirlər görülməlidir”.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan Ordusuna, dövlətinə böhtan atan şəxs Azərbaycan xalqına böhtan atır: “Hesab edirəm ki, bu məsələdə prinsipal mövqe nümayiş etdirməliyik. Orduya qarşı böhtan atmaq yolverilməzdir. Orduya ünvanlanmış böhtan hər bir vətəndaşa ünvanlanmş böhtandır. Ona görə də biz bu məsələdə prinsipal olmalıyıq və bu cür halların qarşısı birmənalı şəkildə alınmalıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…