179 baxış
Bu yazını paylaşın
Siyasi

Əlyazmalar İnstitutunda “Şuşa İli” ilə bağlı görüləcək işlər müzakirə olunub

12 Yanvar 2022

Yanvarın 12-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının cari ildə ilk yığıncağı keçirilib. İclasın gündəliyində duran əsas məsələ Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli Sərəncamına müvafiq Əlyazmalar İnstitutunda icrası nəzərdə tutulan işlərin müzakirəsi olub.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru akademik Teymur Kərimli bu Sərəncamın Azərbaycan Respublikası Prezidentinin mədəniyyət siyasətinin uğurlu davamı olduğunu bildirib. Qeyd edib ki, Əlyazmalar İnstitutunda Sərəncamdan irəli gələn elmi-tədqiqat və nəşriyyat işlərinin, elmi-kütləvi və mədəni tədbirlərin planı hazırlanıb. “Qarabağ şairləri antologiyası”nın I cildinin, “F.Köçərli arxivinin təsviri”nin, “Üzeyir Hacıbəylinin publisistikasında dövrün ictimai-siyasi məsələləri (1905-1920)” monoqrafiyasının, “Şuşanamə” poetik əsərlər toplusunun, Məhəmməd ağa Müctəhidzadənin Qarabağ şairləri haqqında “Riyazül-aşiqin” təzkirəsi və Qarabağın tarixi ilə bağlı “Səfərnamə”sinin nəşrinin, “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” mövzusunda elektron və səyyar sərginin, eləcə də institut əməkdaşlarının mövzu ilə əlaqədar nəşrlərindən ibarət ənənəvi kitab sərgisinin planda nəzərdə tutulduğu nəzərə çatdırılıb.

Şura üzvlərinin müzakirəsindən sonra plan təsdiqlənib.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…