31 baxış
Bu yazını paylaşın
Siyasi

Elnur Məmmədov: Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması üçün mühüm töhfə verib

17 İyun 2022

Bakı, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Sərhədlərin beynəlxalq hüququn normaları çərçivəsində tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi vacibdir. Cənubi Qafqazın üç ölkəsi regionun inkişafı üçün əməkdaşlıq etməlidir.

bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda panel iclasda çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib.

O, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması, sülh prosesləri üçün təşəbbüslərdən danışıb, altı ay ərzində əldə edilən nailiyyətlərdən bəhs edib. Nazir müavini iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasının, sülhün təmin olunmasının regiona çiçəklənmə və inkişaf gətirəcəyini bildirib, Cənubi Qafqaz regionunda nəqliyyat, logistika əlaqələrindən danışıb. Azərbaycanla Gürcüstan arasında bu sahədə əməkdaşlığın davam etdiyini diqqətə çatdıran E.Məmmədov indiyədək iki ölkə arasında bir çox nəqliyyat yollarının, neft və qaz layihələrinin həyata keçirildiyini vurğulayıb.

“Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması üçün mühüm töhfə verib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə görüşlər keçirildi. Görüşlərdən sonra Delimitasiya Komissiyasının əsası qoyuldu. Bu il mayın 24-də Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüş keçirilib. Biz sülh müqaviləsinin işlənilməsi üçün işçi qrupu barədə Ermənistandan cavab gözləyirik”, – deyə nazir müavini qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…