34 baxış
Bu yazını paylaşın
Dünya

Elm adamları kütləvi şəkildə Rusiyanı tərk edir

28 Mart 2023

SSRİ-nin dağılmasından sonra şəxsi heyətinin üçdə ikisini itirən Rusiya elmi müharibənin başlaması və kütləvi səfərbərlik ilə yeni “beyin axını” dalğası ilə üzləşib. Son aylar müharibə əleyhinə mövqe, hakimiyyətin təzyiqləri və təhlükəsizlik qüvvələrinin birbaşa təhdidləri səbəbindən yüzlərlə alim, o cümlədən dünya səviyyəli mütəxəssislər ölkəni tərk edib.

 

TELEJURNAL  xəbər verir ki, gedənlər arasında Rusiya Elmlər Akademiyasının akademiki, Moskva Riyaziyyat Cəmiyyətinin prezidenti Viktor Vasilyev, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, astrofizik Yuri Kovalyov, professorlar – astrofizik Sergey Popov və bioloq Aleksandr Markov da var. Dünyanın hər yerindən elm adamlarına kömək edən “Scholars at Risk” təşkilatı 200 nəfəri Rusiyadan çıxarıb. Daha 62 alimə getməyə Aleksandr fon Humboldtun Almaniya fondu kömək edib.

“Proyekt” iddia edir ki, Rusiyada azı 6 min elm adamı ölkəni tərk etməyin yollarını axtarır. “YouTube”-da mühazirələri yüz minlərlə baxış toplayan, Rusiyada elmi populyarlaşdırmağa çalışanların önündə gələn Sergey Popov “bütün elmi sahələr dayanıb” deyə şikayətlənir.

Bir vaxtlar Rusiyanın ən liberal universitetlərindən olan Ali İqtisadiyyat Məktəbini ən azı 150 müəllim tərk edib. Məktəb rəhbərliyi “xarici agent” kimi tanınan müəlliflərin bütün nəşrlərini saytdan çıxarıb. Həmçinin şöbələrə qadağan olunmuş nəşrlər və kitablar haqqında memorandum göndərilib.

Humanitar Tarix-Nəzəri Tədqiqatlar İnstitutunu heyətin 60 faizi tərk edib. İnstitutun özü 2023-cü ilin əvvəlində beynəlxalq laboratoriya statusunu itirib. Sosioloq Anna Kuleşova və antropoloq Aleksandra Arxipova iddia edirlər ki, elmi jurnalların redaktorları elmi məqalələrdə gedən alimlərin müəllifliyini sildiyi hallarla rastlaşıblar. “Eyni təcrübə 80-ci illərdə SSRİ-də mövcud idi və indi hər şey təkrarlanır”, Kuleşova deyir.

Popovun sözlərinə görə, bir sıra sahələrdə tədqiqatlar sadəcə olaraq dayanıb. “Biz illəri geri atmışıq” deyə astrofizik kədərini ifadə edir.

2022-ci ilin əvvəlində Rusiyada elm adamlarının sayı ölkənin bütün müasir dövründə tarixi minimuma düşüb. Sovet İttifaqının son illərindəki 992 min nəfərə qarşı 340,1 min nəfərdən danışmaq olar. Tədqiqatçıların sayı 2014-cü ildən davamlı olaraq azalır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…