19 baxış
Bu yazını paylaşın
Siyasi

Əli Məsimli: “Həddindən çox mərkəzləşdirmə bumeranq effekti verəcək”

22 İyun 2023

Azərbaycanda son illər formalaşan yeni komandada hər şeyi həddindən çox mərkəzləşdirmək kimi təhlükəli bir tendensiya var, bu da bumeranq effekti verəcək.

Telejurnal  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli bildirib.

“Son vaxtlar “Banklar haqqında”, “Mərkəzi Bank haqqında”, “Hesablaşmalar haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlarda müsbət məqamlarla yanaşı bir xüsusi xətt keçir. Bu da təmərküzləşdirmədir. Bunun hansısa normalar çərçivəsində dünya təcrübəsində öz əksini tapan dərəcəsini müsbət qiymətləndirirəm, amma o normadan yuxarı olması bizim inkişafımıza mənfi təsir göstərəcək. Məsələn, kimsə hansısa təşkilata rəhbər gələndə orada əvvəlcə bütün funksiyaları öz üzərinə götürür, sonra görür ki, bunun yarısını müavinə vermək lazımdır. Funksiyaları paylaşdırandan sonra həmin təşkilatda iş getməyə başlayır”, – deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, Azərbaycanda dövlət satınalmaları üzrə bir neçə stereotip formalaşıb: “Dövlət satınalmaları haqqında” yeni qanunda əlavə işlək mexanizmlər olmalıdır ki, bu stereoptipləri aradan qaldıraq. Məsələn, məmur sahibkarlığı satınalmalarda böyük oynayır. Bəzən məmurlar öz çətiri altında olan və yaxud kiminsə idarə etdiyi şirkətin xeyrinə satınalmalara təsir göstərir. Və yaxud vəzifəli şəxs birbaşa zəng vurub tenderin nəticəsini ləğv elətdirir və özünə yaxın adamın şirkətinin və yaxud öz şirkətinin tenderdə qalib gəlməsini təmin edir. Yeni qanun onların ifşasına gətirib çıxarmasa satınalama sahəsi bizdə işləməyəcək. Bundan başqa, hansısa idarəyə kiminsə vəzifəyə gətirilməsinə razılaşırlar, sonra deyirlər ki, filan vəzifə barədə müsabiqə elan edilir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…