19 baxış
Bu yazını paylaşın
Siyasi

Əli Əsədov: 2021-ci ildə xarici ticarət dövriyyəmiz təxminən 35,6 milyard ABŞ dollarına çatıb

15 Mart 2022

2021-ci ildə xarici ticarət dövriyyəmiz təxminən 35,6 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 12,1 milyard ABŞ dollarını ötüb. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz real ifadədə 5 faiz artıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Baş nazir qeyd edib ki, ixracın real artımı 17 faiz olub, idxal isə 10 faiz azalıb. Qeyri-neft ixracı 2,7 milyard ABŞ dolları təşkil etməklə real ifadədə 38,4 faiz artıb.
Ötən il ərzində vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 1,7 milyard manatdan çox olub ki, bu vəsait də Prezidentin qeyd etdiyi kimi, 2022-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərclərinin artımına yönəldilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…