21 baxış
Bu yazını paylaşın
Siyasi

Əli Əhmədov: İdman ictimaiyyəti Çini ən böyük idman dövlətlərindən biri hesab edir

04 Fevral 2022

Pekində 2022-ci ilin Qış Olimpiya Oyunları start götürür. Son 15 ildə Çin artıq ikinci dəfədir ki, Olimpiadaya ev sahibliyi edir – 2008-ci il Yay Olimpiya Oyunlarına və budəfəki Qış Olimpiya Oyunlarına.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov bu fikirləri Çinin CCTV dövlət telekanalına müsahibəsində söyləyib.
Ə.Əhmədovun sözlərinə görə, bu faktlar, ilk növbədə, ona dəlalət edir ki, dünya birliyi və xüsusən idman ictimaiyyəti Çin Xalq Respublikasını böyük idman dövlətlərində biri hesab edir. İkincisi, Çinin dünya miqyaslı kütləvi tədbirləri, o cümlədən Olimpiya oyunlarını ən yüksək səviyyədə təşkil etmək və həyata keçirmək təcrübəsi etiraf olunur. Üçüncüsü, Olimpiya oyunlarının təşkilatçısı olan ölkə kimi məhz Çinin seçilməsi mahiyyət etibarilə bu ölkədə qlobal kütləvi idman yarışları keçirilməsi üçün zəruri resursların və şəraitin mövcud olmasının etirafı deməkdir.
Azərbaycan Respublikasının Baş nazirinin müavini vurğulayıb: “Çin qlobal tədbirlərin ən yüksək səviyyədə keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. 2008-ci il Yay Olimpiya Oyunlarının Pekində keçirilməsi buna əyani nümunədir. 2008-ci il Pekin olimpiadası olimpiya hərəkatının və ümumiyyətlə dünya idman hərəkatının tarixində ən yaddaqalan idman hadisələrindən biri oldu. Əminəm ki, Qış Olimpiya Oyunları da bu baxımdan istisna olmayacaq. Tezliklə dünya Qış Olimpiadasının heyrətamiz dərəcədə gözəl açılış mərasiminin şahidi olacaq, idman həvəskarları isə dünya şöhrətli idmançıların yarışlarda çıxışlarından zövq alacaqlar.
2008-ci il Pekin Olimpiadasının təcrübəsinə əsasən güman edə bilərəm ki, 2022-ci il Qış Olimpiya Oyunları olimpiya hərəkatının tarixində yeni idman nailiyyətlərini və rekordları təcəssüm etdirən mühüm mərhələ olacaq. 2022-ci Qış Olimpiya Oyunlarından əsas gözlənti isə, şübhəsiz ki, bu Oyunların bütün dünyada sülhün və xalqlar arasında qarşılıqlı anlaşmasının möhkəmlənməsi işinə verəcəyi böyük töhfədir.
İdman və onun ən yüksək təzahürü olan olimpiada xalqlar arasında sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Çin Xalq Respublikası Qış Olimpiya Oyunlarını keçirməklə həm dünya idmanının və olimpiya hərəkatının inkişafına, həm də ölkələr arasında sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir”.
Əli Əhmədov müsahibəsinin sonunda Çin xalqını Şərq təqvimi üzrə Yeni il münasibətilə təbrik edib, ona sülh və firavanlıq arzularını bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…