26 baxış
Bu yazını paylaşın
İctimai

Ələt-Astara yolunda 3 nəfərin öldüyü qəzanın təfərrüatı açıqlanıb

04 İyul 2023

Ələt-Astara yolunun 70-ci km-də Rusiya Federasiyası vətəndaşı U.Kərimovun idarə etdiyi “Volvo” markalı B082OK06 nömrə nişanlı yük avtomobili qarşıda hərəkət edən Bakı şəhər sakini Fərziyev Məhərrəm Balaxan oğlunun idarə etdiyi “Vaz-21051” markalı 99-NA-636 nömrə nişanlı avtomobillə toqquşub,

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, nəticədə “VAZ-21051” markalı avtomobilin sürücüsü və 2 nəfər sərnişini dünyasını dəyişib:

“İlkin ehtimala görə qəzanın baş verməsinə səbəb yük avtomobili sürücüsünün diqqətsizliyi və “VAZ-21051” markalı avtomobilin sürücüsünün sürət həddi yüksək olan magistral yolda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməsidir.

Eyni zamanda “VAZ-21051″ markalı avtomobilin istismar müddətinin 33 ildən artıq olması, texniki vəziyyətinin müasir tələblərə cavab verməməsi və qəza zamanı böyük əhəmiyyət kəsb edən təhlükəsizlik avadanlıqlarının olmaması bu qəzada ölüm hallarının baş verməsinin əsas səbəblərindəndir”.

“Bir daha bütün sürücülərdən yollarda diqqətli olmaları, sürət həddi yüksək olan yollarda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməmələri, texniki tələblərə cavab verməyən avtomobillərlə magistral yola çıxaraq həm özləri həmdə digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamaları, xüsusən yay aylarında görünüşü məhdudlaşdıran örtüklərdən istifadə edərək görüş dairələrini məhdudlaşdırmamaları xahiş olunur”, – DYP-dən bildirilib

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…