42 baxış
Bu yazını paylaşın
İctimai

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

21 İyun 2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “Telegram” vasitəsilə göndərilən saxta keçidlər barədə xəbərdarlıq edib.

Telejurnal-ın məlumatına görə, qurum bəyan edib ki, son günlər “Telegram” vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir.

Həmin keçidə daxil olduqdan sonra vətəndaşdan “Telegram”da qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəni daxil etmək tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun “Telegram” hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun “Telegram” istifadəçisi olan əlaqələrinə göndərilir.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər. Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur”, – deyə açıqlamada qqeyd olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…