445 baxış
Bu yazını paylaşın
İqtisadi

Elektron qaimə-fakturanın təsdiqlənməsi hansı müddətdə mümkündür?

22 Noyabr 2021

Təqdim olunan elektron qaimə-fakturanın təsdiqlənməsi prosesi ilə bağlı müəyyən vaxt məhdudiyyəti tətbiq edilir.

‘TELEJURNAL’  Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, vergiödəyicisi göndərilən elektron qaimə-fakturanı qəbul etdikdən sonra onu təsdiq etmək səlahiyyətinə malikdir.

Ekspert qeyd edib ki, əgər elektron qaimə-fakturanı qəbul edən vergiödəyicisi 5 gün ərzində onu təsdiq etməzsə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən avtomatik təsdiqlənir: “Məsələn, vergiödəyicisi 2021-ci il mayın 1-də malların satışı ilə bağlı qarşı tərəfə elektron qaimə-faktura göndərib. Əgər qarşı tərəf 5 gün ərzində elektron qaimə-fakturanı təsdiq etməzsə, 2021-ci il mayın 5-də həmin elektron qaimə-faktura təsdiqlənmiş hesab olunacaq”.

A.Bayramov, həmçinin bildirib ki, Nazirlər Kabinetinin qərarında 5 gündən sonra avtomatik təsdiqolunma məsələsi nəzərdə tutulmayıb. Bu müddət vergi orqanının AVİS proqramına verilən texniki tapşırığında müəyyən edilir.

https://azertag.az/xeber/Elektron_qaime_fakturanin_tesdiqlenmesi_hansi_muddetde_mumkundur-1932010

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…