453 baxış
Bu yazını paylaşın
İctimai

Eldəniz Əzizli: “Ümid edirəm Azərbaycan komandası İslamiadada üçlüyə düşəcək”

16 Avqust 2022

“Yarışlar davam edir, ümid edirəm Azərbaycan komandası İslamiadada üçlüyə düşməyə nail olacaq”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu V İslam Həmrayliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.

“İslam Həmrəyliyi Oyunları təkcə güləşçilər üçün yox, bütün idmançılar üçün önəmli, məsuliyyətli idi. Hədəfimiz çempion olmaq idi. Şükür ki, mən və komanda yoldaşlarım çempion olduq və yekunda güləş üzrə milli komanda İslam Həmrəyliyi Oyunlarının ən yaxşı komandası seçildi”, – E.Əzizli vurğulayıb.

Güləşçi qeyd edib ki, ümumi yarış səviyyəsi yaxşı olub: “Ölkəmizin idman sahəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Çünki dövlət başçısı hər zaman olduğu kimi, bu dəfə idmançıların yanında idi. Prezident gəlib bizimlə görüşdü.

Eyni zamanda gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva yanımızda idi. Yarışda daha yaxşı iştirakımız əllərindən gələn köməyi əsirgəmədilər. Hər kəsə minnətdarlığımı bildirirəm”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…