438 baxış
Bu yazını paylaşın
İqtisadi

Elçin Abbasov: Metallurgiya İnstitutunun nəticələri beynəlxalq təşkilatın saytında yerləşdirilib

15 Dekabr 2021

Azərbaycan Metallurgiya İnstitutu 2017-ci il fevralın 10-da yaradılıb. İnstitutun yaradılmasının əsas məqsəd və fəaliyyəti dövlət etalonlarının alınması, saxlanılmasını, həmçinin dövlət kəmiyyət vahidi etalonlarını, ölçülərini digər kəmiyyət etalonları vahidinə ötürülməsini təmin etməkdir.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu sözləri dekabrın 15-də Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in laboratoriyalarına mediatur çərçivəsində jurnalistlərə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Metallurgiya İnstitutunun baş direktorunun müşaviri Elçin Abbasov deyib.

E.Abbasov qeyd edib ki, Azərbaycan Metallurgiya İnstitutu bir çox mühüm təşkilatlarla əməkdaşlıq edir: “Biz Çəki və Ölçülər Üzrə Baş Konfransın assosiativ üzvü və beynəlxalq qanunverici təşkilatın müxbir üzvü kimi fəaliyyət göstəririk. Bunun nəticəsində Metallurgiya İnstitutunun ilkin kəmər etalonlarının tutuşdurulması həyata keçirilib. Nəticədə 31 adda ölçmələr və kalibrləmələrlə bağlı alınan nəticələr Çəki və Ölçülər Üzrə Baş Konfransın xüsusi saytında yerləşdirilib. Bu isə o deməkdir ki, artıq ölçmələr üzrə bütün məlumatlar dünyanın bütün ölkələrinə məlumdur”.

İnstitut rəsmisi qeyd edib ki, ilkin kəmiyyət vahidi etalonları kütlə, təzyiq, elektrik, vaxt və tezlik, temperatur, həmçinin ionlaşdırma şüaları olmaqla 7 laboratoriayda yerləşdirilib. İnstitut müəyyən xidmət sahələrini yerinə yetirmək üçün də laboratoriyalara malikdir.

https://azertag.az/xeber/Elchin_Abbasov_Metallurgiya_Institutunun_neticeleri_beynelxalq_teskilatin_saytinda_yerlesdirilib-1952600

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…