376 baxış
Bu yazını paylaşın
Siyasi

Əlcəzairin “Əl Hərir” portalında Şuşa haqqında məqalə yayımlanıb

10 Yanvar 2022

Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında məqalə yayımlanıb.
“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, jurnalist Əli Zülfüqaroğlunun müəllifi olduğu “Şuşa Qarabağın azadlığının rəmzidir” sərlövhəli yazıda azərbaycanlı jurnalistlərin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlar yer alıb. Müəllif qeyd edib ki, 30 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən bu qədim Azərbaycan şəhərinin zəbt edilməsi hər bir vətəndaşın ürəyində sızlayan bir yara olub və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də mədəniyyət paytaxtımızın işğaldan azad olunmasını bəyan etməsi insanlara xoşbəxtlik bəxş edib.
Fotoşəkillərlə birlikdə ərəbdilli oxuculara təqdim olunmuş məqalədə jurnalistlərin Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş Gövhər Ağa məscidi, Şuşa qalası ilə bağlı təəssüratları yer alıb, həmçinin ermənilərin İslam mədəniyyəti abidələrini dağıtmasından bəhs edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…