221 baxış
Bu yazını paylaşın
Siyasi

Əlcəzair portalı Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsinin əsas məqamlarını yayıb

31 Yanvar 2022

“TELEJURNAL” xəbər verir ki, Əlcəzairin “Əl Hərir” portalında Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsinin əsas məqamları yayımlanıb.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev müsahibəsində İkinci Qarabağ müharibəsi dövründə Gəncənin cinayətkar Ermənistan ordusu tərəfindən dəfələrlə bombalandığını, şəhərə 13 raket atıldığını, onlardan 8-nin partlayaraq insanların həyatına son qoyduğunu deyib. Bu namərd atəş nəticəsində Gəncə şəhərində 26 mülki vətəndaşın erməni faşizminin qurbanı olduğunu xatırladan Azərbaycan dövlətinin başçısıbildirib: “Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır”.
Xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev ballistik raketlərin trayektoriyasının böyük dövlətlər tərəfindən izlənildiyini bildirib və hər kəsin erməni ordusunun gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutduğunu gördüyünü söyləyib. Prezident İlham Əliyev əlavə edib: “Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…