71 baxış
Bu yazını paylaşın
Siyasi

Əlcəzair portalı: Azərbaycan və Türkiyə prezidentləri Şuşa Bəyannaməsini təsdiq ediblər

14 Fevral 2022

Əlcəzairin “Əl Hərir” portalında “Azərbaycan və Türkiyə prezidentləri Şuşa Bəyannaməsini təsdiq ediblər” sərlövhəli material yerləşdirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadla xəbər verir ki,  ərəbdilli oxucuların diqqətinə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsinin təsdiqləndiyi çatdırılıb. Qeyd olunub ki, fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
“Əl Hərir” portalının xəbərində vurğulanıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşa Bəyannaməsi haqqında qanun layihəsini ratifikasiya edib və tarixi əhəmiyyətə malik sənədin imzalanması ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib, hərtərəfli əməkdaşlıq istiqamətində yeni üfüqlər açılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…