243 baxış
Bu yazını paylaşın
Siyasi

Əlcəzair mətbuatında Azərbaycanın müharibədən sonra dayanıqlı sülhə nail olmaq təşəbbüsləri barədə məqalə dərc edilib

28 Dekabr 2021

Əlcəzairin “Əl Hivar” və “Vəssat” nəşrlərində Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən ötən müddətdə regionda yaranmış yeni reallıqlar, ölkəmizin dayanıqlı sülhün bərqərar olması istiqamətində təşəbbüsləri barədə analitik məqalə dərc olunub.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası, Soçi və Brüsseldə keçirilmiş görüşlərin nəticələri barədə ətraflı məlumat verilib. Müəllif qeyd edir ki, Azərbaycan Prezidenti dəfələrlə sülh müqaviləsinin imzalanması barədə təkliflə çıxış edib, lakin ötən müddətdə Ermənistandakı revanşist qüvvələrin təhriki ilə sərhəd bölgəsində bir sıra təxribatlar törədilib. Dekabrın 15-də Brüsseldə keçirilmiş görüşdə rəsmi Bakının bir daha kommunikasiya və nəqliyyat dəhlizlərinin açılmasını təklif etməsi bütün regional aktorların, o cümlədən müharibədə ağır məğlubiyyətə uğramış, dərin iqtisadi, sosial və siyasi böhran içərisində olan Ermənistanın da maraqlarına uyğundur.

Məqalədə vurğulanıb ki, Ermənistan tez bir zamanda Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın təkliflərini qəbul etməli, qonşuları ilə sülh şəraitində yaşamağa alışmalıdır. Eyni zamanda, Brüssel görüşündə Azərbaycanın minalanmış ərazilərinin təmizlənməsi məsələsi də gündəmdə olub və Avropa İttifaqı Şurasının Prezidenti bu problemin həllində ölkəmizə yardım etmək arzusunu ifadə edib.

Yazıda Azərbaycanın Şərq və Qərb arasında mühüm strateji mövqeyi, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən transmilli enerji və nəqliyyat layihələri barədə geniş məlumat verilib, xüsusən Zəngəzur dəhlizinin böyük əhəmiyyəti vurğulanıb. R.Bağırov diqqətə çatdırıb ki, işğaldan azad edilmiş səfalı Azərbaycan torpaqlarının beynəlxalq turizm mərkəzlərinə çevrilməsi istiqamətində də işlər görüləcək.

https://azertag.az/xeber/Alcezair_metbuatinda_Azerbaycanin_muharibeden_sonra_dayaniqli_sulhe_nail_olmaq_tesebbusleri_barede_meqale_derc_edilib-1963358

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…