23 baxış
Bu yazını paylaşın
Siyasi

Əlcəzair KİV-də ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub

06 May 2022

Əlcəzairin “Əl Hivar”, “Əl Hərir”, “Əş Şuruğ” və “Əl Vasit” qəzet və portallarında “Ümummilli lider Heydər Əliyev: Böyük liderlik missiyası” sərlövhəli məqalə dərc olunub.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə Ulu Öndərin fenomenal dövlət xadimi və liderlik istedadından, Azərbaycan üçün ağır günlərdə xalqımızı fəlakətdən xilas etməsindən bəhs olunub. Müəllif diqqətə çatdırıb ki, SSRİ dövründə rəhbərlərdən biri olan dahi siyasətçi müsəlman olduğuna görə ayrı-seçkiliyə məruz qalsa da, sovet hakimiyyətinin süqutundan sonra müsəlman, ərəb dünyası ilə əlaqələrin qurulması və möhkəmlənməsində misilsiz xidmətlər göstərib. Ulu Öndər qurucusu olduğu müasir Azərbaycanda İslam dini və abidələrinə diqqət və qayğı ilə yanaşıb.

Məqalədə Ulu Öndərin Səudiyyə Ərəbistanına səfəri zamanı müqəddəs Kəbə və Mədinəyə ziyarətləri barədə də məlumat verilib, ərəbdilli oxuculara dünyanın ən məşhur siyasətçilərinin Heydər Əliyev haqqında fikirləri təqdim olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…