23 baxış
Bu yazını paylaşın
Siyasi

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçusu: “Ordumuzun məqsədi düşməni layiqincə yerinə oturtmaqdır”

16 İyun 2023

“Ordumuzun məqsədi düşməni layiqincə yerinə oturtmaqdır”.

Telejurnal.az yerli büroya istinaden  xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçusu Şaiq İbadov deyib.

O qeyd edib ki, bir neçə gündür düşmən tərəfindən mövqelərimiz və yaşayış məntəqələrimiz atəşə tutulur:

“Düşmən tərəfindən törədilmiş təxribatın qarşısı tərəfimizdən müvəffəqiyyətlə alınır. Buna baxmayaraq, biz tərəfdən düşmənin mülki əhalisinə, yaşayış məntəqələrinə və mövqelərinə bir güllə belə atılmayıb. Ordumuzun məqsədi düşmənin təxribatının qarşısını almaq, düşməni layiqincə yerinə oturtmaq və susdurmaqdır”.

Qeyd edək ki, iyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…