320 baxış
Bu yazını paylaşın
İctimai

Əlahiddə Sərhəd Diviziyası: Naxçıvan etibarlı müdafiə edilir

22 Avqust 2022

Cari ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ən müasir tələblərə cavab verən yeni əsgər yataqxanası, idman kompleksi, “Şərur” sərhəd komendantlığının xidməti-yaşayış kompleksi sərhədçilərin istifadəsinə verilib. 5-ci sərhəd zastavasının inşası başa çatdırılıb.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasından bildirilib.

Qeyd edilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədi ilə sərhəd boyunca siqnalizasiya sistemi yaradılıb və müasir tipli kameralar qurlaşdırılıb. Müasir tələblərə uyğun yeni qərargah binaları, əsgər yataqxanaları, anbarlar, hamam-camaşırxana, yardımçı binalar, sərhədçi ailələri üçün tam şəraitli yaşayış binaları tikilib istifadəyə verilib.

Şəxsi heyətin təminat və təchizatının yaxşılaşdırılması, sərhəd zastavalarının müasir texnika və avadanlıqlarla təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Yaradılan müasir infrastruktur və maddi-texniki təchizat döyüş hazırlığının yüksəldilməsinə və peşəkar kadr təminatına öz töhfəsini verib. Sərhəd komendantlıqlarının xidməti ərazilərində qarşılıqlı fəaliyyət planına əsasən “Dövlət sərhədinin pozulması halları baş verdikdə sərhəd bölmələrinin hərəkəti və sərhəd axtarışının keçirilməsi” mövzusunda Sərhəd Diviziyasının sərhəd komendantlıqlarının sərhəd zastavaları və Çevik əməliyyat taborunun şəxsi heyətinin iştirakı ilə təlim məşqləri keçirilib. Təlimdə əldə olunan təcrübə, şəxsi heyətin qazandığı vərdişlər dövlət sərhədinin etibarlı mühafizəsinə təminat yaradıb.

Müxtəlif ixtisaslar üzrə Mərkəzi Qərargahda keçirilən təlim toplanışlarında zabit heyətinin hazırlanması və təkmilləşdirilməsində Sərhəd Diviziyasının aidiyyəti üzrə bölmələrinin iştirakı təmin olunub.

“Gizir hazırlığı” və “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kurslarında Sərhəd Diviziyası üçün mütəxəssislərin hazırlanması və bu kurslarda hərbi qulluqçuların təhsil alması təşkil olunub.

“Bu gün hər bir sərhədçi ulu öndərimizin və müstəqilliyimizin əmanəti olan dövlət sərhədlərimizi ayıq-sayıq qorumaqla, həm də beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, qaçaqmalçılığa qarşı mübarizə aparırlar”, – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının məlumatında bildirilir.

Qeyd edilir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti yaradılan şərait və göstərilən yüksək qayğını daimi öz üzərində hiss edərək daha da ruhlanır, bundan sonra da Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı sərhədlərini etibarlı qoruyacaq, ayıq-sayıqlıq nümayiş etdirəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…