36 baxış
Bu yazını paylaşın
Siyasi

“Əl Masr Əl Yom” qəzeti: Prezident İlham Əliyev regionda yaranmış yeni reallığın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini bildirib

23 Fevral 2022

Misirin nüfuzlu “Əl Masr Əl Yom” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri haqqında material dərc olunub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, yazıda dövlətimizin başçısının regionda yaranmış yeni reallığın beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğu bəyanatı yer alıb. Qeyd edilib ki, Prezident İlham Əliyev Ermənistanın 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əməl edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Misir oxucularının diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycan və Rusiya arasında ticari əlaqələrdə müsbət dinamikanın davam etdiyini vurğulayıb və ticarət dövriyyəsinin 3 milyard dollara çatdığını bildirib.
Sonda qeyd olunub ki, Azərbaycan və Rusiyanın dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında danışıqların yekununa dair iki ölkənin müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair Bəyannamə imzalanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…