25.10.2024 03:32:37
29 baxış
Bu yazını paylaşın
Siyasi

Ekspert: Zəngəzur dəhlizinin açılması artıq Ermənistanın siyasi iradəsinə yox, fiziki cəhətdən sağ qalmaq arzusuna bağlıdır

16 Mart 2022
Azərbaycanla Naxçıvan Muxtar Respublikasının İran ərazisindən keçəcək dəhliz vasitəsilə birləşdirilməsi ölkəmizin diplomatiya tarixinə mühüm qələbə kimi daxil oldu. Biz, əslində, bu dəhlizə dar və geniş bucaqdan baxa bilərik. Dar mənada bu, Naxçıvanın blokadadan çıxarılmasını, azad olunmuş ərazilərimizin bərpasını və Azərbaycanın digər regionları ilə qarşılıqlı əlaqələrinin intensivləşdirilməsini özündə ehtiva edir. Geosiyasət elmində sərhədlər dövlətin qüdrətinin göstəricisidir. Dövlət öz sərhədlərinə nə qədər yaxşı nəzarət edə bilərsə, mərkəzlə sərhəddə yerləşən periferiyalar arasında münasibətlər nə qədər sıx olarsa, ölkə bir o qədər güclü hesab edilir. Əgər biz Azərbaycanın siyasi-inzibati xəritəsinə diqqət yetirsək, Zəngilan və Ordubadın yerləşdiyi məkanın özünəməxsusluğunu və vacibliyini yaxşı dərk edərik. Hər iki ərazi bir tərəfdən İran, digər tərəfdən isə hazırda Ermənistanla, Zəngəzurla həmsərhəddir. Bu regionların bir-biri ilə qarşılıqlı surətdə əlaqəli olması həm iqtisadi, həm hərbi, həm də strateji cəhətdən çox vacibdir. Zəngilan və Ordubadın arasında Ermənistanın Qafan, Qacaran və Mehri kimi vacib əraziləri yerləşir. Həmçinin vurğulayaq ki, bu dəhliz Arazın cənubundan, Ermənistan ilə sərhədin 5 kilometrliyindən keçəcək.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikriləri açıqlamasında ekspert Elşən Məcidov söyləyib.
O qeyd edib ki, imzalanan sazişə geniş miqyasda da baxmaq olar. Bu dəhliz Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə və iqtisadi mövcudluğunu artırmasına səbəb olacaq. Azərbaycana Gürcüstan ilə yanaşı, İran ərazisindən də marşrut əldə edən Türkiyənin xarici siyasətdə manevr qabiliyyəti və imkanları iki dəfə artacaq. Biz eyni sözləri ölkəmizə də şamil etməliyik – Gürcüstan marşrutu olduqca vacib olsa da, digər marşrutların bir çox səbəblərdən uzun müddət bağlı qalması Azərbaycanın nəqliyyat-kommunikasiya potensialını tam ortaya qoymasına imkan vermirdi. Məsələyə daha da geniş prizmadan baxmaq olar. Bunun üçün biz Azərbaycan-İran dəhlizini gələcəyin potensial hegemonu ola biləcək Çinin “Bir kəmər, bir yol” layihəsinin vacib tərkib hissələrindən biri kimi nəzərdən keçirə bilərik. Bu, Çin və Avropa İttifaqı (Aİ) kimi iki vacib iqtisadi-siyasi qütbün qarşılıqlı əlaqələrində Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyətini artırır.

“Lakin İran-Azərbaycan nəqliyyat dəhlizinin perspektivləri bunlarla yekunlaşmır. Arazın cənubundan keçən dəhliz Arazın şimalından da keçməli olan Zəngəzur dəhlizinin açılmasını labüd edir. 2020-ci il noyabrın 10-da imzalanan razılaşmaya görə, Ermənistan Azərbaycana Zəngəzur üzrə nəqliyyat dəhlizi verməli olsa da, uzun müddət bu dəhlizin açılmasını subyektiv bəhanələr gətirərək gecikdirir. Azərbaycanın səbiri böyük olmasa da, proqnozlaşdıra bilmə qabiliyyəti çox yüksəkdir. Ermənistanın razılaşma üzrə öhdəliklərindən yayındığını görən Azərbaycan İrəvanın üzərinə təzyiq göstərməklə yanaşı, alternativ marşrutların çəkilməsi üçün də qüvvələrini səfərbər edib. Zəngəzur dəhlizinin iqtisadi potensialını görməyən, onu siyasi şantaja çevirməyə çalışan Ermənistan isə bu dəfə də məğlub olan tərəfə çevrildi. Yeni dəhliz üzrə danışıqlar gizli aparıldığından sazişin imzalanması Ermənistan cəmiyyəti və dövləti üçün gözlənilməz oldu. Artıq Zəngəzur dəhlizinin əhəmiyyəti zərurilikdən vaciblik səviyyəsinə enib. Bu o demək deyil ki, yeni dəhliz Zəngəzur dəhlizini qeyri-aktual etmiş və ya milli maraqlarımızdan kənarlaşdırmışdır. Sadəcə, əgər əvvəl Zəngəzur dəhlizinin açılması Naxçıvanın blokadadan çıxarılması və ölkəmizin müttəfiqi Türkiyənin regionda mövcudluğunun gücləndirilməsi baxımından zəruri hesab olunurdusa, hal-hazırda eyni vəzifələri yeni dəhliz vasitəsilə də yerinə yetirmək mümkündür. Bu, o deməkdir ki, Ermənistan artıq Zəngəzur dəhlizini siyasi şantaj vasitəsi kimi istifadə edə bilməyəcək. Bununla bərabər, bu, həmçinin Laçın dəhlizinin statusuna da dolayısı ilə təsir göstərir. Zəngəzur dəhlizinin açılması Laçın dəhlizinin mövcudluğuna zəmanət verməli idi. Lakin Azərbaycanın qarşısına qoyduğu məqsədlərə alternativ vasitələrlə çatması Laçın dəhlizinin Ermənistan üçün açıq saxlama zərurəti haqqında məntiqi suallar formalaşdırır.
Yeni dəhlizin formalaşdırdığı reallığın Zəngəzur dəhlizinin açılmasını daha da tezləşdirdiyini vurğulayan ekspert əlavə edib: “Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, Arazın cənubundan keçən nəqliyyat dəhlizinin ardınca biz daha böyük diplomatik qələbə olacaq Zəngəzur dəhlizinin açılmasını da gözləyə bilərik. Zəngəzur dəhlizinin açılması artıq Ermənistanın siyasi iradəsinə yox, fiziki cəhətdən sağ qalmaq arzusuna bağlıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top