34 baxış
Bu yazını paylaşın
Siyasi

Ekspert: Şuşa Bəyannaməsi Azərbaycanın Türkiyə ilə strateji münasibətlərini yeni mərhələyə yüksəldir

10 Fevral 2022

Bu günlərdə Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənən Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini lazımınca dəyərləndirmək vacibdir. Şuşa Bəyannaməsi Türkiyə və ya Azərbaycanın təhlükəsizliyinə hədə yarandığı zaman qarşılıqlı yardım haqqında öhdəlikləri özündə ehtiva edən hərbi-siyasi sazişdir. Beynəlxalq münasibətlərin ziddiyyətlərlə və problemlərlə dolu olduğu vəziyyətdə hərbi-siyasi öhdəlikli sazişlərin imzalanması böyük cürət və məsuliyyət tələb edir. Xoşbəxtlikdən həm Azərbaycan, həm də Türkiyə hər iki nemətdən korluq çəkməyən ölkələrdir.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.
Ekspert bildirib ki, Şuşa Bəyannaməsinin əhəmiyyətini dərk etmək üçün qazanılan siyasi və hərbi dividendləri sistemləşdirmək vacibdir. İlk növbədə, Şuşa Bəyannaməsi Azərbaycanın dünyanın ən güclü ordularından birinə malik olan Türkiyə ilə strateji münasibətlərini yeni mərhələyə yüksəldir. Türkiyə ordusunun qarşısındakı öhdəliklərini nəzərə alsaq, Şuşa Bəyannaməsinin əhəmiyyətinə yeni baxış bucağı formalaşdırmaq mümkün olur. Realizm nəzəriyyəsinin ata-banilərindən olan Hans Morgentaunun uğurlu diplomatiya modelinin 7-ci qaydasına əsasən, “heç vaxt zəif müttəfiqə dövlətin yerinə qərar çıxartmağa imkan verməmək” lazımdır. Maksimanın məğzi ondan ibarətdir ki, böyük dövlət zəif müttəfiqin maraqları naminə özünü birbaşa və ya dolayı yolla lazımsız qarşıdurma və münaqişələrə salmağa imkan verməməlidir.
O əlavə edib ki, regionun aparıcı güclərindən olan Rusiyanın da Şuşa Bəyannaməsinə qarşı çıxış etməməsi tərəflərin düşünülmüş və koordinasiyalı siyasətinin nəticəsidir. Bəyannamədə bildirilir ki, onlar arasında inkişaf etdirilən və iki ölkənin milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməyib. Şuşa Bəyannaməsinin ümumən müdafiə səciyyəli olması onun istər Rusiya, istər İran, istərsə də digər qüvvələr tərəfindən aqressiv qarşılanma şanslarını minimuma endirir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…