16 baxış
Bu yazını paylaşın
İctimai

Ekspert: “Kaxovka SES-i müzakirə edən beynəlxalq ictimaiyyəti Oxçuçayın taleyi maraqlandırmayıb”

09 İyun 2023

“Kaxovka su elektrik stansiyasında (SES) baş vermiş partlayışı fəal şəkildə müzakirə edən beynəlxalq ictimaiyyəti Ermənistanın Oxçuçay zonasında flora və faunanı çirkləndirməsi və sonradan məhv etməsi maraqlandırmayıb”.

Bunu  rusiyalı politoloq Yevgeni Mixaylov bildirib.

“İndi görürük ki, Kaxovka SES-də baş vermiş partlayışdan sonra insanlarda açıq isteriya yaranıb və kimin günahkar olması barədə qızğın müzakirələr gedir. Amma eyni zamanda xatırlayırıq ki, Ermənistan vaxtilə Oxçuçayı faktiki olaraq məhv edib və Mingəçevir su anbarını dağıdacağı ilə bağlı çox sayda bəyanat verib”, – o vurğulayıb.

Onun sözlərinə görə, bu müddət ərzində beynəlxalq ictimaiyyət buna susub.

“Bu məqamda qeyd edək ki, Ermənistan subyekt deyil, obyektdir. O, təsirlərə məruz qalır. Hazırda Ermənistan qərbyönlü siyasət yürüdür. Buna görə də bu kontekstdə heç kəs onu ​​qınamayacaq”, – politoloq deyib.

Y.Mixaylov əlavə edib ki, Ermənistanda 10-dan çox ikili təyinatlı bioloji laboratoriyalar var və bu obyektlərdə sızmaların baş verməsi bütün region üçün təhlükə yarada bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…