26 baxış
Bu yazını paylaşın
Siyasi

Ekspert: “İsrailin müdafiə nazirinin Azərbaycana səfəri əməkdaşlıq üçün yeni perspektivlər açır”

24 İyul 2023

“İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəldiyindən xəbər verir”.

Bunu  açıqlamasında israilli jurnalist və publisist, İsrail Jurnalistlər Birliyinin beynəlxalq əlaqələr komissiyasının rəhbəri Rostislav Qoltsman deyib.

O qeyd edib ki, İsraillə Azərbaycan arasında, xüsusən də hərbi sahədə əlaqələrin əhəmiyyətini nazir Y.Qallantın təkcə azərbaycanlı həmkarı və Sərhəd Qoşunlarının komandanı ilə deyil, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlər təsdiqləyir: “Ölkələr arasında hərbi əməkdaşlığın mühüm göstəricilərindən biri İsrailin “Dəmir günbəz” zenit-raket kompleksinin Azərbaycana tədarük edilməsidir. İsrailin bu unikal silahı bir çox ölkələri maraqlandırır. Azərbaycan isə onu əldə edən ilk ölkələrdən biri olub. Bu, münasibətlərin yeni səviyyəyə keçidindən xəbər verir və ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlığın vacibliyini göstərir”.

İsrailli jurnalist vurğulayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün planlaşdırıldığı dövrdə israilli nazirin səfəri üç ölkə arasında hava təhlükəsizliyi və müdafiə sahəsində əməkdaşlığın yeni perspektivləri barədə danışmağa imkan verir: “Azərbaycan, Türkiyə və İsrail üçlüyü Yaxın Şərqdə fəaliyyət göstərən bütün qüvvələr üçün əhəmiyyətli amilə çevrilir. Bu bölgədəki hava məkanı hələ də İsrail aviasiyasının nəzarəti altındadır. Üstəlik, Türkiyə və Azərbaycan tərəfindən hazırlanan hərbi hava idarəetmə sisteminin buraya daxil edilməsi nəticəsində Kiprdən Xəzər dənizinə qədər və ondan kənar əraziləri əhatə edən geniş hərbi nəzarət zonası yaradılacaq. Ümumiyyətlə, İsrailin müdafiə naziri Bakıya səfəri və İsrail, Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüşlər onların hərbi əməkdaşlığının möhkəmlənməsinə və genişlənməsinə dəlalət edir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…