144 baxış
Bu yazını paylaşın
Siyasi

Ekspert: “Azərbaycan və Ermənistana UNESCO missiyasının göndərilməsi regiona müsbət təsir edəcək”

08 Fevral 2022

“Azərbaycan və Ermənistana UNESCO missiyasının göndərilməsi ümumilikdə, bütün region ölkələrinə və onların inkişafına müsbət təsir edəcək”.

“TELEJURNAL” xəbər verir ki, bunu “Report”a rusiyalı politoloq, Çağdaş Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov bildirib.

Ekspert deyib ki, UNESCO mədəni irs və tarixi abidələrlə bağlı Azərbaycan və Ermənistan arasında kommunikasiya dəhlizlərindən biri olarsa, bu, hər iki ölkəyə müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, yüksək səviyyəli görüş Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində növbəti addım kimi müsbət qiymətləndirilməlidir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel arasında videoformatda baş tutmuş görüşdə Azərbaycana və Ermənistana UNESCO missiyasının göndərilməsi ilə bağlı razılıq əldə olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…