22 baxış
Bu yazını paylaşın
Siyasi

Ekspert: Azərbaycan Prezidenti ABŞ şirkətlərini postmünaqişə dövründə bərpa və yenidənqurma işlərinə dəvət edir

23 Mart 2022

Beynəlxalq münasibətlər birqütblü dünyanın böhranı şəraitində mövcud olsa da, ABŞ hələ də dünyanın aparıcı qüvvəsi olmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığı ABŞ da daxil olmaqla bütün böyük qüvvələr tədricən qəbul etmək məcburiyyətində qaldılar. Biz bunu ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə göndərdiyi təbrik məktubunda görə bilərik.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında ekspert Elşən Məcidov söyləyib.
O qeyd edib ki, Ermənistan Qarabağ münaqişəsinin davam etdiyini, Minsk qrupunun formatına qayıtma zərurətini hələ də səsləndirir. Buna baxmayaraq, Azərbaycan öz şanlı Qələbəsi ilə münaqişəyə son qoyub və Minsk qrupu formatının üstündən isə birdəfəlik xətt çəkib. Cozef Baydenin göndərdiyi məktuba diqqət yetirsək mətndə münaqişə, Dağlıq Qarabağ və ya Minsk qrupuna işarə edəcək bir cümlə və ya söz belə tapa bilmərik. Bu, ABŞ-ın Ermənistanın mövqeyini dəstəkləmədiyinin sübutudur. Lakin Ermənistanın mövqeyinin dəstəklənməməsindən və yuxarıda adı çəkilən ifadələrin mətndə yer almamasından biz ABŞ-ın Azərbaycanı dəstəklədiyi hökmünü məntiqi yolla çıxara bilmərik. Belə ki, ABŞ regional proseslərə öz yanaşmasını da təqdim edə bilərdi. Lakin təbrik məktubunun mətninə diqqət yetirdikdə biz regional proseslərə yeni yanaşmanın olmadığının şahidi oluruq. Əksinə, məktub ABŞ-ın Azərbaycanın irəli sürdüyü formatı tam olaraq dəstəklədiyinə işarə edir. Mətndə C.Bayden əməkdaşlıq və sülhə sadiqliyi təsdiqləyir, Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəyini bildirir, ortaq təhlükəsizlik narahatlıqlarının həllindən və regional barışığı təşviqdən bəhs edir. Bundan savayı ABŞ Prezidenti iqtisadi əməkdaşlıq üçün yeni imkanların araşdırılması məqsədilə ölkəmizlə birgə işləyəcəyini qeyd edir.
“Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı beş bənddən ibarət təklif göndərib. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tərəfindən irəli sürülən sülh təklifi dövlətlərin bir-birlərinin suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyinin qarşılıqlı sürətdə tanınmasını, bütün zamanlarda qarşılıqlı sürətdə ərazi iddialarından əl çəkməyi, təhlükəsizliyə hədə törətməkdən imtina etməyi, sərhədlərin delimitasiya və demarkasiyası daxil olmaqla diplomatik münasibətlərin qurulmasını və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı özündə ehtiva edir”, – deyə ekspert bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…