25 baxış
Bu yazını paylaşın
Siyasi

Ekspert: “Aİ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında fəallıq göstərir”

08 Aprel 2022

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında fəallıq göstərir”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, amerikalı jurnalist, hüquqşünas, milli təhlükəsizlik üzrə ekspert İrina Zukerman Azərbaycan Prezidenti, Ermənistan Baş naziri, Avropa İttifaqı Şurasının Prezidenti arasında aprelin 6-da Brüsseldə baş tutan görüşü şərh edərkən bildirib.

“Şarl Mişelin açıqlamasına görə, Prezident İlham Əliyev və Baş nazir Paşinyan xarici işlər nazirliklərinə gələcək sülh müqaviləsinin hazırlanması ilə bağlı göstəriş vermək barədə razılığa gəliblər. Həmçinin bundan sonra atılacaq addımları və təmasları da müzakirə ediblər. Bu, danışıqlar dinamikasının müsbət məcrada getdiyini göstərir”, – ekspert qeyd edib.

“Azərbaycan və Ermənistanın iki başlıca məsələ üzrə prosesə aprelin sonunda başlamaq öhdəliyini götürmələri təqdirəlayiqdir. Amma sərhədlərin delimitasiyası və demarkasiyasını tanımağın konkret reallığa sadiqlik, o cümlədən Ermənistanın miflərdən əl çəkməsini şərtləndirdiyi üçün danışıqlar uzun çəkə bilər” – deyə, amerikalı ekspert fikrini tamamlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…