112 baxış
Bu yazını paylaşın
Müsahibə

Ekoloji problemlər müxtəlif amillər nəticəsində ekosistemin zərər görməsi hallarıdır-Rövşən Abbasov

02 İyul 2023

Ekoloji problemlər müxtəlif amillər nəticəsində ekosistemin zərər görməsi hallarıdır. Bu ekoloji problemlər son günlərdə qlobal bir hal alıb,bütün dünya ölkələrinin gündəmini zəbt edib.Ekoloji problemlər — müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir. Buraya aşağıdakılar daxildir:

  • İqlim dəyişiklikləri
  • Biomüxtəlifliyin məhvi
  • Torpaq, su və hava çirkliliyinin artması
  • Torpaq eroziyası
  • Canlıların məhvi

Ekoloji problemlər və bunların həlli yolları ilə bağlı Telejurnal.az  Rövşən Abbasovdan müsahibəni təqdim edir.

1.Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi üçün hansı tədbirlər görülə bilər?

-Ekoloji təhlükəsizliyin,əlbəttə ki, əsas şərti su ilə bağlı olan problemlərin həll olunması, ərzaq məsələləri, ətraf mühitin çirklənməsinin qarşısının alınması,torpaq deqradasiyasının azalmasıdır.  Ekoloji təhlükəsizlik dedikdə, biz insanın təbiətlə balanslı şəkildə dayanıqlı münasibətini başa düşürük ki,  bu zaman təbii resursların istismarı zamanı onlara ziyan dəymir.  Ətraf mühit çirklənmir və insanın fəaliyyəti nəticəsində ətraf mühitdə heç bir neqativ hal müşahidə olunmur.  Eynilə, ətraf mühit amilləri də insan həyatına yalnız pozitiv təsirlər edirlər.

2.Qlobal ekoloji problemlər nələrdir?  Və bunların həlli yolları nələrdir?

-Qlobal ekoloji problemlər dedikdə ilk növbədə iqlim dəyişikləri ağla gəlir. İqlim dəyişikliyi havanın temperaturunun getdikcə istiləşməsi və yağıntıların azalması deməkdir. Bunun nəticəsində ekosistemlərə və insan həyatına çox ciddi təsirlər olur. Məsələn, su ehtiyyatları getdikcə azalır, bununla yanaşı, ərzaq təhlükəsizliyi ilə bağlı problemlər yaranır. İnsanlar su çatışmazlığı üzündən öz daimi yaşayış yerlərindən digər ərazilərə miqrasiya edirlər. Bu kimi səbəblər çoxdur, hansı ki,saatlarca saymaq olar.  Plastik tullantıların idarə olunma mexanizmi qanunverciliyə əsasən tənzimlənməlidi. Plastik tullantıların idarə olunmasının dayanıqlılığını təmin etmək üçün yerli strukturlar yaradılmalıdı. Əhali arasında geniş maarifləndirmə işləri aparılmalıdı ki,bu cür tullantılar ətraf mühitə çox atılmasın.  Bir sözlə,ekoloji problemlər insanların ətrafla qarşılıqlı əlaqəsi nəticəsində ortaya çıxan mənfi təsirlərə səbəb olur. Hal-hazırda ekoloji təhlükəsizliyimiz təhlükə altındadır. Bu təhlükəsizliyi təmin etmək müəyyən mənada insanların üstünə düşür.

3.Ermənilər ekoloji teror edərək Azərbaycanın bir çox ərazilərində ətraf mühitə saysız ziyanlar vermişdir.Onların bu əməlləri necə qiymətləndirilə bilər?

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi ağır cinayətlər sırasında ekoloji cinayətlərin də miqyası çox böyükdür.  44 günlük Vətən müharibəsində  Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.  Bu gün biz görürük ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı da düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi terror nəticəsində regionun ekologiyası üçün ciddi təhlükələr yaranıb. Belə ki, həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib. Ümumilikdə, yeraltı və yerüstü sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində bu bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib. Yeri gəlmişkən, ermənilər ekoloji terror siyasətini ötən il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra da davam etdiriblər. Belə ki, bu razılaşmadan sonra ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən yaşayış evlərini, ictimai binaları, yaşıllıqları məqsədli şəkildə yandırıblar. Onların ev heyvanlarını tələf etmək, bu ərazilərin zəngin flora və faunasını məhv etmək kimi hərəkətləri vandalizm aktıdır.
Ən təhlükəli məqamlardan biri də budur ki, ermənilər tərəfindən su mənbələri də çirkləndirilib, radiaktiv tulantılar sulara axıdılıb. Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə aparılan monitorinqlə bağlı ətraflı məlumat yayıb. Monitorinqin nəticələrindən də göründüyü kimi, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, sanki, sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

4.Ekoloji tarazlığın pozulmasında antropogen təsirlərin, iqlim dəyişmələrinin – anomal iqlim şəraiti, təbii fəlakətlərin artmasının da böyük rolu var.İqlim şəraitin kəskin dəyişməsinə səbəb nədir ?

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən, elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən, antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib.  Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır.  Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır.  Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb.

 

Fatimə Nəsirli

 

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…