26 baxış
Bu yazını paylaşın
Siyasi

Əhalinin qida təhlükəsizliyinin təmin edilməsi qaydalarında dəyişiklik edilib

19 İyun 2023

Əhalinin qida təhlükəsizliyinin təmin edilməsi qaydalarında dəyişiklik edilib.

Telejurnal  xəbər verir ki, Baş nazir Əli Əsədov “Qida təhlükəsizliyi haqqında” qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası”nda dəyişiklik edib.

Qərarda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və və ya təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi prosedurlarının müəyyən edilməsi nəzərdə tutulur.

Qərarın qəbul edilməsi əhalinin sağlamlığının qorunmasına, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınmasına, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçiriləcək tədbirlərin müasir və beynəlxalq tələblərə uyğun və təkmil prosedurlar əsasında aparılmasına imkan yaradacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…