290 baxış
Bu yazını paylaşın
İqtisadi

Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilib

30 Dekabr 2021

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi qrupunun növbəti iclası keçirilib.

‘TELEJURNAL’ Mərkəzi Bankdan AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq onlayn “Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, həmçinin Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin və İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təmsilçiləri iştirak ediblər.

İclasda işçi qrupunun 2021-ci il üzrə fəaliyyət planı çərçivəsində il ərzində görülmüş işlər müzakirə edilib, qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olub. İclasda həmçinin təbii resursların idarəedilməsi indeksinin işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planına daxil edilməsi və bu istiqamətdə görüləcək işlərlə bağlı təkliflərin formalaşdırılması müzakirə edilib. Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində digər aidiyyəti qurumlardan nümayəndələrin işçi qrupunun işinə cəlb edilməsi, müvafiq təkliflərin formalaşdırılaraq nəzərdən keçirilmək üçün Komissiyaya təqdim edilməsi qərara alınıb.

https://azertag.az/xeber/Effektiv_idareetme_ve_makroiqtisadi_gostericiler_ischi_qrupunun_novbeti_iclasi_kechirilib-1965270

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…