51 baxış
Bu yazını paylaşın
Siyasi

Ədliyyə Nazirliyinin Penitensiar xidməti işçi axtarır

31 İyul 2023

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbulla bağlı növbəti müsahibə elan edilib.

TELEJURNAL  xəbər verir ki, Penitensiar xidmətin kiçik rəis heyəti vəzifələri üzrə vakant ştat vahidlərinin zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə Müsabiqə Komissiyası müsahibə elan edib.

Müsahibədə iştirak etmək istəyən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna müvafiq olaraq şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə xidmətdə qulluğa yararlı, əvvəllər məhkum edilməmiş, məhkəmə, prokurorluq, digər hüquq-mühafizə orqanları və ya başqa dövlət orqanlarında yol verdiyi nöqsanlara görə xaric edilməmiş, həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan Azərbaycan vətəndaşları cari ilin avqust ayının 7-dən sentyabr ayının 7-dək ərizə ilə Penitensiar xidmətə müraciət edə bilərlər. Ərizələri xidmətin elektron poçtu (https://penitensiar.justice.gov.az), Azərpoçt və ya xidmətin Bakı şəhəri, Nizami küçəsi 114 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.

Seçim zamanı ali təhsilli, kompüter və xarici dil biliklərinə sahib, boyu ən azı 175 sm olan, yaxın qohumları məhkum edilməmiş kişi namizədlərə, həmçinin Ədliyyə Nazirliyində həqiqi hərbi xidmət keçmiş şəxslərə üstünlük veriləcək.

Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsi ilə Penitensiar xidmətin internet səhifəsinin (http://penitensiar.justice.gov.az) “Xidmətə qəbul” bölməsində tanış ola bilərlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…