15 baxış
Bu yazını paylaşın
Siyasi

Ədliyyə naziri: “Azərbaycanın hakim korpusunun 75 faiz yenilənib”

05 Aprel 2022

“Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində hakim korpusumuz 75 faiz yenilənib”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində deyib.

“Onların sırasında gənclərin üstünlük təşkil etməsi, həmçinin gender bərabərliyi baxımından qadınların sayının xeyli artması bizi sevindirir.

Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətimizdə saxlanılaraq Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilmiş, onlar “Elektron məhkəmə” sistemi ilə təchiz olunmuşlar. Yeri gəlmişkən, Azərbaycanda tətbiq edilən elektron məhkəmə sistemi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və şəffaflığın artırılmasında mühüm rol oynayır”, – nazir vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…