58 baxış
Bu yazını paylaşın
Siyasi

“Ədaləti müdafiə edən ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”

08 Oktyabr 2020

“Ədaləti və bərabərliyi müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi Forumunun açılışındakı çıxışında Dağlıq Qarabağ məsələsinə toxunarkən deyib.

“Ermənistanın Azərbaycana hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində gərgin toqquşmalar baş verir. Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. Qərarlar və çağırışlara baxmayaraq, Ermənistan bu torpaqlardan çəkilmədi, Minsk qrupu isə problemi həll etmək üçün iradə göstərmədi.

Ermənistanın uzlaşmaya getməyən və şıltaq münasibəti sayəsində 30 ildir qanqrenaya çevrilən bu problemin həlli işğalın sonudur. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunma şansı artıq yoxdur. Görürük ki, Azərbaycan torpaqlarını azad etmək üçün çox əzmlidir.

Türkiyə olaraq Azərbaycanın haqq işini dəstəkləyirik. Ədaləti və bərabərliyi müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”,-deyə Ərdoğan qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…