29 baxış
Bu yazını paylaşın
Dünya

ECOWAS hərbi komitəsi Nigerlə bağlı təcili iclas keçirəcək

02 Avqust 2023

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Ali Hərbi Komitəsi avqustun 2-dən 4-dək Nigerdəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.

TELEJURNAL  xarici KİV-ə istinadən xəbər verir, bu barədə təşkilatın yaydığı hesabatda deyilir.

Görüş Nigeriyanın paytaxtı Abucada keçiriləcək.

İyulun 30-da keçirilən fövqəladə sammitdə ECOWAS liderləri Nigerdə ​​hakimiyyəti ələ keçirmiş üsyançılardan dərhal prezident Məhəmməd Bazumu vəzifəsinə qaytarmağı və ölkədə konstitusiya quruluşunun bərpasını tələb ediblər. ECOWAS dövlətləri Niger ordusuna bu tələbləri yerinə yetirmək üçün bir həftə vaxt verib. Təşkilat üsyançılara qarşı konstitusiya nizamının bərpası üçün lazım olan bütün tədbirləri görəcəyi ilə hədələyib və güc tətbiqini istisna etməyib.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…